Dünya

Müəllim 7 yaşlı uşağa işgəncə verdi - FOTO

16 Dekabr 2019 21:41
1 Şərh     Baxış: 2 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da məktəblərin birində 7 yaşlı uşağa işgəncə verilməsi ilə bağlı görüntülər insanların sərt təpkisinə səbəb olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,uşağa işgəncə verən şəxs sonradan intihar edib.

Belə ki, ABŞ-da məktəblərin birində uşaqların cəzalandırılması üçün nəzərdə tutulmuş otaqda 7 yaşlı uşağa işgəncə verilməsi ölkəni ayağa qaldırıb. Olayın görüntüləri yayıldıqdan sonra cinayət işi başladılıb. İllinois əyalətində "Gages Lake" adlı məktəbdə baş verən hadisə ABŞ mediasında işıqlandırıldıqdan sonra ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalara başlanılıb.

Müəllimi tərəfindən şiddətə məruz qalıb

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbdə uşaqların cəzalandırılması üçün əlavə gizli otaq tikilib. Çəkilən görüntülərdən də məlum olub ki, 7 yaşlı uşaq həmin otağa salınaraq Cennifer Aquirre adlı müəllimə tərəfindən şiddətə məruz qalıb.

Müstəqil media orqanı olan "ProPublica"nın yazdığına görə, bundan öncə də bu məktəb barəsində hüquq-mühafizə orqanlarına 21 dəfə şikayət edilib. Bu şikayətlər nəticəsində araşdırmalar aparılsa da, heç bir nəticə əldə edilməyib. Nəhayət, görüntülərin yayılmasından sonra uşaqların cəzalandırıldığı həmin otaq aşkara çıxarılıb və orada olan kamera görüntülərinə baxış keçirilib.

Məktəbdə çalışanların sorğusundan sonra məlum olub ki, onlar öz aralarında həmin otağa "ofis" adı veriblər. Adı açıqlanmayan məktəb səlahiyyətlisinin verdiyi ifadədə qeyd edilir ki, bu otaqda təkcə 2018-2019-cu tədris illərində 1700 uşaq cəzalandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.