Dünya

Valeriyanın oğlu həftə ərzində 3-cü dəfə qəzaya düşdü

16 Dekabr 2019 10:39
1 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xalq artisti Valeriyanın oğlu Arseni Şulqin həftə ərzində üçüncü dəfə yol qəzasına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənninin oğlu sosial şəbəkədə paylaşım edib. O "story" paylaşaraq "Dostlar, düşünə bilərsiniz ki, bu bir zarafatdır. Ancaq zarafat deyil. 3-cü dəfə qəzaya düşdüm" yazıb.

Arseninin sözlərinə görə, qəza zamanı ciddi xəsarət almayıb. Sadəcə avtomobillər bir-biri ilə yüngülvari toqquşub.

"Dəhşətli bir şey olmadı. Maşınımın nömrə nişanı çərçivəsini dəyişməliyəm. Heç yol polisi də çağırmadıq", - deyə Arseni bildirib.

Xatırladaq ki, ifaçının oğlu dekabrın 8-də sevgilisi ilə Sankt-Peterburqa anasının konsertinə gedərkən qəzaya düşmüşdü. Yaş yolda sürüşən avtomobil maneəyə çırpılmışdı. Gənclərin hər ikisi xəstəxanaya yerləşdirilmişdi.

Hadisədən bir neçə gün sonra xəstəxanadan evə buraxılan Şulqinin başına ikinci qəza hadisəsi gəlmişdi. Belə ki, içərisində olduğu taksi avtobusla toqquşmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.