Dünya

Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurmağa başlayıb

15 Dekabr 2019 11:49
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Şimali Kiprdə silahsız və silahlı pilotsuz uçuş aparatları (PUA) üçün hərbi hava bazası qurmağa başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabinetinin qərarından sonra Mersindən mal və materiallar yüklənmiş hərbi gəmilər yola çıxıb.

Hərbi bazanın qurulması üçün Çətinqala  hava aerodromu seçilib. 1982-ci ildə Türkiyə qırıcı təyyarələrinin enməsi üçün qurulan Çətinqala aerodromu Şimali Kiprdəki yeganə mülki hava limanı olan Ercan hava limanından 40 km şərqdə yerləşir. Aerodrom 2010-cu ildə kiprli iş adamı Asil Nadirə yük təyyarələrinin enişi üçün 15 illiyinə kirayələnib. Ancaq kirayə müqaviləsində təhlükəsizlik səbəbindən müqavilənin ləğv edilə biləcəyi barədə müddəa yer alıb. Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat quyularının qazılmasını həyata keçirən gəmilərinin mühafizəsini artıq Konya və Muğladan deyil, Şimali Kiprdə yaratdığı hərbi hava bazasından qalxacaq silahsız və silahlı PUA-lar vasitəsi ilə həyata keçirəcək.

Türkiyənin Şimali Kiprdə hərbi hava bazası yaratması Şərqi Aralıq dənizində Yunanıstan, Cənubi Kipr və İsraillə enerji qaynaqları uğrunda mübarizə istiqamətində atdığı strateji həmlə sayılır. Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar bildirib ki, bu addım  Türkiyə və Şimali Kiprin Şərqi Aralıq dənizində nəzarətini tam təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.