Dünya

Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar

18 Noyabr 2019 08:19
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqdakı radikal hökumət əleyhdarları Siyasi Universitetin korpusu yaxınlığındakı körpünü yandırıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 19.00 radələrində Honkonq Politexnik Universitetindəki iğtişaşların iştirakçıları tədris mərkəzinin korpusunu metro stansiyası ilə birləşdirən körpünü yandırıblar, çox sayda partlayış səsləri eşidilib.

Alov ərazidə hər kəs üçün təhlükə yaradaraq körpünün altındakı yola da düşüb. İğtişaş iştirakçıları, basqına müdaxilə etməyə cəhd göstərən polisə "molotov kokteyl"ləri atıblar.

Hüquq-mühafizə orqanları iğtişaşçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.