İstanbulda “əsrarəngiz” cinayətlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gecə İstanbulun Fatih rayonunda yerləşən otellərdən birinin kafesində silahlı insident baş verib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, nəticədə iş adamı, Çin vətəndaşı olan uyğur türkü Saimait Aierken ağır yaralanıb və çatdırıldığı xəstəxanada ölüb.
Hadisə ilə əlaqədar yaradılmış istintaq qrupu ətrafdakı kameraları açıb, həmçinin S.Aierkenin ətrafındakı insanları araşdırılıb. Nəticədə 3 şübhəli şəxs saxlanılıb.
Təhqiqatçılar müəyyən ediblər ki, Aierkenin istifadə etdiyi nəqliyyat vasitəsi Qırğızıstana aid "CC" nömrəli konsulluq avtomobilidir. Silahlı hücumun səbəbi borc olaraq göstərilir. Ancaq mərhumun Qırğızıstanın diplomatik nömrəli nəqliyyat vasitəsindən istifadə etməsi bir qədər şübhə doğurur.
Hazırda nəzarətə alınan hər üç şəxsin dindirilməsinin davam etdiyi və polisin hadisənin bütün təfərrüatlarını araşdırdığı deyilir.
Saimait Aierkenin ölümü Özbəkistan və Qırğızıstan mətbuatında da yer alıb. Qırğızıstanda 700 milyon dollar pulun xaricə qaçırılması ilə bağlı xəbərlərdə Saimait Aierkenin adı hallanırdı.
Xatırladaq ki, bir gün əvvəl də İstanbulda ingilis casusu öldürülmüşdü. Suriyada 'Ağ baretlilər' olaraq bilinən qrupa verdiyi dəstəklə tanınan İngilis keçmiş kəşfiyyatçısı Ceyms Edvard Lemesurier cəsədi gecə yarısında Karaköy Kılıç Əli Paşa Məscidinin yanında tapılıb. Onun bədənində ağır zərbə izləri və əl -ayaqlarının sındığı təsbit edilib. Polis onun hündür bir yerdən düşdüyünü güman edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)





