Dünya

Gürcüstanda 17 yaşlı qızını ərə verməyə çalışan azərbaycanlı saxlanıldı - VİDEO

27 Oktyabr 2019 18:23
3 Şərh     Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Kaxetiya regionunda yetkinlik yaşına çatmayan qızını ərə verməyə çalışan 44 yaşlı azərbaycanlı saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin saytında yazılıb. Saqareco rayonunun azərbaycanlılar yaşayan Yormuğanlı kənd sakini 17 yaşlı qızına ərə getməsi üçün psixoloji təzyiq göstərib.

Polis atanı saxladıqdan sonra ona və həyat yoldaşına mövcud riskləri nəzərə alaraq valideynlik hüququnu məhdudlaşdıran sənəd təqdim edib. Gənc qız isə xüsusi sığınacağa yerləşdirilib.

Atanın günahı sübuta yetirilərsə, onu 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.