"Nifrət ritorikasını yalnız internet məkanında olduğu üçün..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlətlər və özəl sektor internetdə nifrət ritorikası ilə səmərəli mübarizə aparmırlar və bunun ucbatından sosial şəbəkələrdəki kin və nifrət ab-havası "feyk xəbərlərdən" də geniş vüsət alıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri BMT-nin söz azadlığı üzrə xüsusi məruzəçisi Devid Kaye səsləndirib. Xüsusi məruzəçi qeyd edib: "Nifrət ritorikasını yalnız internet məkanında olduğu üçün zərərsiz hesab etmək olmaz. Əksinə, virtual məkanda bu sindrom daha sürətlə yayılır və nəticədə, real həyatda ciddi fəsadlara gətirib çıxara bilər. Həm də bu ritorika həmişə başqalarını susdurmaq üçün istifadə olunur. Məsələ onunla mübarizə aparmaqda deyil. Məsələ ondadır ki, biz bu halların qarşısını insan hüquqlarını pozmadan ala bilməliyik".
D.Kaye öz məruzəsində ölkələrin hökumətlərini beynəlxalq hüquqa dair əsas sənədlərə, o cümlədən təhrikçiliyin, ayrı-seçkiliyin və zorakılığın qarşısının alınması haqqında Rabat Fəaliyyət Planına diqqət yetirməyə çağırıb. BMT-də etiraf edirlər ki, söz azadlığı ilə milli, irqi və dini zəminlərdə nifrətə təhrik edilməsi arasında tarazlığı müəyyən etmək çox çətindir. Xüsusi məruzəçi vurğulayır ki, bir sıra dövlətlər bu mübarizə adı altında söz və ifadə azadlığını boğmağa çalışır, xüsusən insanları kafirlikdə günahlandırırlar. O əlavə edib: "Hökumətlər və cəmiyyət haqlı olaraq nifrət ritorikasının yayılmasından narahatdırlar. Lakin özəl şirkətlərin üzərinə qoyulmuş ifrat məsuliyyət çox vaxt adi standartlara cavab vermir və şəxsi "oyunçuların" əlini gücləndirir. Şirkətlər də insan hüquqlarının qorunması məsələsinə ciddi yanaşmırlar. Onların platformalarında nifrət ritorikası yayılır, internet kontentinin dəstəklənməsi üzrə mövcud olan biznes-modellər və alqoritmlər isə geniş ictimaiyyətin diqqətini bir neçə dəqiqəliyinə cəlb etməyə yönəlib və vəziyyəti daha da ağırlaşdırır".
BMT-nin xüsusi məruzəçisi sonda bildirib ki, hüquq müdafiəçiləri uzun müddətdir ki, sosial şəbəkələrin və internet şirkətlərinin nümayəndələri ilə danışıqlar aparırlar. Bununla belə, həmin şirkətlər yenə də ifadə azadlığı və şəxsi həyatın toxunulmazlığını təmin etmir, ayrı-seçkiliyin və zorakılığa çağırışların qarşısını almaq üçün tədbirlər görmürlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
"Tələsməyə ehtiyac yoxdur"
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





