Dünya

Makron Fransa Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

13 Oktyabr 2019 23:46
1 Şərh     Baxış: 1 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ölkənin Təhlükəsizlik Şurasının bağlı iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın əsas mövzusu Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı olacaq.

E.Makron bildirib ki, bu əməliyyat "yolverilməz humanitar vəziyyətin yaranması riskini yaradır" və "İslam dövlətinə" [İŞİD terror qruplaşması] "regionda gücünü bərpa etməyə" kömək edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.