Dünya

İranlı nazir: "Azərbaycanla iqtisadi əlaqələr genişlənir"

10 Oktyabr 2019 20:41
0 Şərh     Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzəryanı ölkələr, xüsusilə Azərbaycan və Rusiya ilə iqtisadi əlaqələrin maksimum genişləndirilməsi İran hökumətinin gündəmindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Ərdəbildə iqtisadi məsələlərlə əlaqədar keçirilən iclasda deyib.

R.Rəhmaninin sözlərinə görə, bu münasibətlərlə əlaqədar məsələlərin sadələşdirilməsi üçün səy göstərilir:

"İran hökuməti vilayətlərin inkişafı istiqamətində investorlara hərtərəfli dəstək göstərməyə hazırdır. İranda gündəlik orta hesabla 68 sənaye müəssisəsinin yaradılmasına lisenziya verilir və 16 yeni zavod açılır. Bu da özəl sektorun ölkədə investisiyaya maraqlı olduğunu göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.