Dünya

Rusiyada vətəndaşlıq alınması qaydaları dəyişdi

1 Oktyabr 2019 22:41
1 Şərh     Baxış: 2 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişiklik oluna bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər.

Bu təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər.

Bundan əlavə, Rusiya ali məktəblərində, eləcə də MDB və Baltikyanı dövlətlərin aparıcı universitetlərində təhsil almış əcnəbilərin ölkədə müvəqqəti qalmaq və yaşamaq, vətəndaşlıq almaq qaydaları asanlaşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.