Dünya

İmamoğlu Parisdə bu iki şəxsin qəbrini ziyarət etdi - FOTO

1 Oktyabr 2019 22:39
0 Şərh     Baxış: 2 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu beynəlxalq toplantı üçün getdiyi Parisdə sənətçilər Ahmet Kaya ilə Yılmaz Güneyin qəbrini ziyarət edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənətçilərin məzarı üstə qərənfillər düzən İmamoğlu "Arzu edərdik ki, qəbirləri öz vətənlərində olsun, orada ziyarət edək" deyib:

"Parisə gəlib bu iki qəbri ziyarət etmək mənəvi borcumuz idi. Bunu tamamladıq. Ahmet Kayanın da, Yılmaz Güneyin də məkanı cənnət olsun. Allah rəhmət eləsin!".

Xatırladaq ki, vətənindən sürgün olunan Ahmet Kaya 2000-ci ildə infarkt keçirərək Parisdə dünyasını dəyişib.

Aktyor Yılmaz Güney isə aktrisa Nebahat Çehrədən ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuş, Fransaya köçmüşdü. O, 9 sentyabr 1984-cü ildə Parisdə vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.