Dünya

İstanbul üçün dəhşətli təhlükə: 8 ballıq zəlzələdə şəhərin bu səmtləri...

1 Oktyabr 2019 20:39
3 Şərh     Baxış: 2 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhəri üçün proqnozlaşdırılan böyük maqnitudalı zəlzələdən ən çox zərər görən səmtlərin adı açıqlanıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Mərmərə Seysmik Xəttinə ən yaxın 20 səmtin zəlzələyə hazır olması üçün xəbərdarlıq göndərilib.

Seysmik xəttə yaxın Avropa tərəfdə Avcılar, Küçükçekmece, Bakırköy, Beylükdüzü, Güngören, Zeytinburnu, Bahçelievler ve Fatih, Anadolu tərəfdə isə Kadıköy, Üsküdar, Ataşehir, Ümraniye, Maltepe, Kartal, Pendik, Sultanbeyli, Sancaktepe, Tuzla və Adalar yerləşir.

Aparılan araşdırmaya görə, İstanbulun ən qədim səmtləri Beyoğlu, Fatih, Adalar, Güngören, Bakırköy, Kadıköy və Beşiktaşdır. Mütəxəssislərin fikrincə, zəlzələdən ən çox zərər görəcək səmt Beyoğludur. İkinci sırada isə Fatih qərarlaşır.

Qeyd edək ki, Türkiyə miqyasında 6,7 milyon riskli bina var. Bunlardan 400 mini İstanbulda yerləşir.

Xatırladaq ki, bir neçə gün öncə İstanbulda 5,8 bal gücündə zəlzələ baş vermişdi. Ehtimal edilən yeni zəlzələnin 8 bala qədər çıxa biləcəyi deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.