İranda ABŞ lehinə casusluqda ittiham edilən şəxs edama məhkum olunub.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Məhkəmə Hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili deyib. O, casusluqda ittiham edilən daha üç nəfərə 10 il həbs cəzası verdiyini bildirib.
İsmaili bu şəxslərdən üçünün ABŞ-a, birinin isə Britaniya lehinə casusluq etdiyini bildirib.
Milli.Az





