Dünya

Ruhani sabah Ermənistana səfər edəcək

29 Sentyabr 2019 17:36
31 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, H.Ruhani  İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq. 

Qeyd edək ki, 30 sentyabr - 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.