Dünya

Türkiyədə oteldə 52 turist zəhərləndi

19 Avqust 2019 17:19
0 Şərh     Baxış: 568

Türkiyənin Nevşehir ərazisində turistlər kütləvi şəkildə zəhərləniblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kaymaklı ərazisindəki otellərin birində baş verib.

45-i çinli, 7-i indoneziyalı olan 52 turist qidadan zəhərlənib.  Onlar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar.

Kaymaklı bələdiyyə sədri harun Çekiç mövzu barədə açıqlama yayıb. O, artıq analizlə bağlı oteldən nümunələrin götürüldüyünü bildirib:

"Oteldə 280 nəfər var, lakin 52 nəfər zəhərlənib.  Ola bilsin ki, bir qrup şəxs başqa restoranda yemək yeyib, buna görə narahat olublar. Biz artıq oteldə araşdırma aparmağa başlamışıq. Turistlərin isə vəziyyəti normaldır, xəstəxanada müalicə altındadırlar".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.