Dünya

“Mən Meksikanın prezidenti deyiləm, sahibiyəm” demişdi, indi ABŞ-da dustaqdır - FOTO

20 İyul 2019 15:40
0 Şərh     Baxış: 2 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yoxsulluq, tekila, qüdrətli narkokartellər, korrupsiya, küçə banditləri, quldurların savaşı - Meksika deyəndə başqa ölkələrin vətəndaşlarının ağlına birinci bunlar gəlir.

Meksikanın özündə isə dinamik şəkildə inkişaf edən iqtisadiyyatdan, yüksək sənaye potensialından, ölkənin qədim və zəngin tarixindən danışırlar.

Maraqlıdır ki, ikisi də həqiqətdir. Meksikada qanlı savaşlar aparan narkokartellərlə ciddi və qanuni fəaliyyət göstərən şirkətlər iç-içə yaşayır.

Meksika artıq narkotik maddələrin tranziti, satışı, istehlakı sahəsində dünya liderinə çevrilib, Kolumbiyanı kölgədə qoyub.

Narkotik maddə üçün əla bazar - ABŞ

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bu gün dünyanın ən bahalı və ən çox tələb olunan narkotik maddəsi sayılan kokaini əsasən üç ölkədə - Kolumbiyada, Peruda və Boliviyada istehsal edirlər. Bu ölkələrin iqlimi və torpağı koka bitkisinin becərilməsi üçün idealdır. Bu bitkidən kokain almaq isə artıq texniki işdir. Qalır hazır məhsula bazar tapmaq. 50 ştat-dövlətdən ibarət olan ABŞ yaxşı bazar, onun maddi rifahı yüksək olan əhlikef insanları isə əla müştəridir. Çətini hazır narkotik maddələri ABŞ-a keçirməkdir, ondan sonra onu orada böyük partiyalarla qəbul edən, xırda bükümlərlə satan könüllülər çoxdur.

ABŞ-da 22 milyon insan müntəzəm olaraq narkotik maddə qəbul edir. Avropada da arzu edənlər çoxdur, amma ABŞ-la müqayisədə Avropada kokain bahadır. Bu maddə Atlantik okeanından keçirilək gətirilməlidir, ona görə də nəqliyyat xərcləri onu bahalaşdırır.

Боевики Â

Bununla belə, "Sinaola" öz amansız və qanlı rəqibləri ilə ölüm-dirim savaşına girməkdən çəkinmir. Bu cür savaşlarda indiyədək bütün tərəflərdən 100 mindən artıq kartel döyüşçüsü həlak olub.

Bir ara kartellər arasında gedən qanlı müharibə o qədər şiddətlənib ki, 2006-cı ildə Meksika prezidenti Felipe Kalderon narkotik ticarətçilərinə müharibə elan edib. Bu məqsəd üçün ordu birləşməsi cəlb olunub. Hökumət qüvvələri narkokartellərin üzərinə irimiqyaslı hücumlar təşkil ediblər, amma bu, köklü dəyişikliklərə gətirib çıxarmayıb. Bir cinayətkar qrupun tarmar edilməsi digəri üçün yer açıb və rəqiblər arasında mübarizə daha sərt xarakter alıb. Ölkədə kriminal müharibə başlayıb.

Yağmadı yağış, bitmədi koka - o zaman ən yaxşısı çətənə əkməkdir

Son vaxtlar meksikalı narkokrallar Hondurasda narkotik bitkilərin geniş plantasiyalarını salıblar və kokain istehsalı üçün laboratoriyalar təşkil ediblər. Amma bu, uğur qazanmayıb. Çünki Hondurasın torpağı Kolumbiya və Perunun torpağı qədər məhsuldar və bərəkətli olmayıb.

Опийный мак

"Sinaola" öz iqtisadi siyasətini taraz saxlamaq üçün kokain istehsalıyla yanaşı heroin istehsalına da girişib. Çünki ABŞ-da bu malın da geniş alıcı kütləsi var. Bu biznes həm də ona görə çiçəklənib ki, heroinin istehsalı üçün əsas xammal - çətənə plantasiyaları Meksikanın özündə yaxşı becərilir. Beləcə, yerli narkotik istehsalçılarının xarici xammaldan asılılığı azalır. Bu həm də kənd zəhmətkeşləri üçün ən sərfəli təsərrüfat modelidir. Onlar əmindirlər ki, torpaqda çalışaraq halal çörəklərini qazanırlar. Bu plantasiyalar ümumi torpaqlarda əkilir. Polis becərilən sahəyə gələndə torpaq heç kəsə məxsus olmadığı üçün onu becərənin də kim olduğu bilinmir. Kəndlilər tiryək istehsal edir, onu emalçılara satırlar. Onlar isə bu xammaldan təmiz narkotik maddə emal edirlər.

"Мексиканский

2017-ci ildə Meksikada 28 min hektar çətənə plantasiyası olub. Mütəxəssislər bildiirlər ki, Meksika heroini yüksək keyfiyyətə malikdir, istehsalçının istehlakçıya yaxınlığı isə qiymətin ucuzluğunu şərtləndirir. Bir hektar çətənə tarlasından 8 kilo tiryək alınır, ondan isə bir kilo heroin çıxır.

Tramp Meksika ilə sərhəddə divar çəksə, dibi deşik-deşik olacaq

Bir sözlə, Xoakin Qusman həbsxanada olsa da, nə onun karteli zəifləyib, nə gəliri azalıb. "Cırtdan"ın yerini isə, güman ki, artıq daha cantaraq bir narkokral tutub.

Image result for Meksika-ABŞ divarı

Narkotik maddələr və cinayətlər yuvası olan Meksikada krimonogen durum isə gündən-günə ağırlaşır. Artıq bu ölkənin adı narkomafiyalar ölkəsi kimi assossiasiya olunur.

Əslində ABŞ prezidenti Donald Trampın 3 ildən bəri Meksika ilə öz ölkəsi arasına keçilməz divar hördürmək istəməsinin bir səbəbi qanunsuz miqrantların qarşısını almaqdırsa, biri də narkotranzitin qarşısını kəsməkdir.

Hərçənd hündür divarların da xeyri olmayacaq. Meksikalılar öz "zəhər"lərini ABŞ tərəfinə qədim orduların öz düşmənlərinə iri daşlar atdığı mancanaqlardan istifadə edərək atırlar, o biri tərəfdə isə o maddələri cinayət ortaqları götürür. Bir də sərhəd xətti boyunca uzun tunellər qazır, ABŞ tərəfinə o tunellərlə keçirlər. Bu gedişlə Trampın çəkəcəyi divarların dibi siçovul yuvaları kimi tunellərlə dəlmə-deşik olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.