Dünya

Rusiyada 55 yaşlı azərbaycanlı itkin düşüb

7 İyul 2019 22:43
5 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Volqoqrad vilayətinin Krasnoarmeysk rayon sakini 55 yaşlı azərbaycanlı Zingirov Vaqif Qiyamət oğlu itkin düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bloknot Volqoqrada" saytı xəbər verib. Vaqifin həyat yoldaşı Diana hadisə ilə bağlı polisə müraciət edib.

"Onun harada olması haqda heç nə məlum deyil. Heç bir xəstəlikdən əziyyət çəkmirdi", -  deyə Vaqifin həyat yoldaşı Diana bildirib.

Boyu 184 sm. olan V. Zingirovun evdən çıxan zaman əynində göy cins və qara zolaqlı ağ qısa qollu köynək olub. V. Zingirov evdən pasportla çıxıb.

Hazırda itkinin axtarışları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.