Radiasiya zonasında doğulan ilk və tək qız - "Çernobıl" renesansının simvolu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlərin ən çox müzakirə olunan mövzularından biri "Çernobıl" serialıdır. Ən çox izlənilən mini-serial qısa zamanda bütün dünyanın diqqətini Çernobıl faciəsinə yönəldə bilib.
Milli.Az xəbər verir ki, Britaniyanın "Sunday Express" nəşri faciədən sonra onun təsir zonasında dünyaya gələn Mariykanın həyatı və ailəsi barədə məqalə hazırlayıb.
19 yaşlı Mariyka 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəzadan sonra həmin zonada doğulan ilk və tək şəxsdir.

O, 19 il əvvəl partlayışın baş verdiyi 4-cü nüvə reaktorunun cəmi bir neçə kilometr yaxınlığında dünyaya gəlib və orada böyüyüb.
Hökümət onlara başqa yerdə yaşamağa ev vermədiklərinə görə ailəsi oranı tərk etmək tələbinə etiraz edib.
Mariyka hazırda Kiyevdə universitet tələbəsidir və sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur. Onu hər kəs "Çernobıl" renesansının simvolu" hesab edir.
Mariyka Çernobılda yaşadığı müddətdə çaydan tutulan balıq və inək südü ilə qidalanıb.

"Mən çox yaxşıyam, oxuyuram, işləyirəm, özümlə fəxr edirəm, bu qədər!" - deyə Mariyka açıqlamasında söyləyib.
1999-cu ildə Ukrayna Mariykanın doğuşunu gizlətmək istəyib. Çünki həmin dövrdə partlayışdan 19 mil uzaqda insanlar qanunsuz olaraq işlədilib.
Mariykanın anası Lydia Sovenko "Sunday Express"ə açıqlamasında qızının sağlamlığı ilə bağlı deyilənləri təkzib edib.
"Əgər kimsə düşünürsə ki, qızım ikibaşlıdır, onlar tamamilə səhv edirlər", - qadın söyləyib.

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasın baş verən partlayış 7000-ə yaxın insanın ölümünə, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəst qalmasına səbəb olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır.
Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilib. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.
Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
XƏBƏR LENTİ
-
Xalq artistinin Zaur Baxşəliyevin muğam ifasına reaksiyası (Video)
-
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
-
Bakıda məşhur xəstəxana sökülür - (Video)
-
Qobustanda top mərmisi tapıldı - (Video)
-
Futbol matçında ağır zərbə alan gənc oyunçu öldü - Anbaan video
-
Murat Yıldırım gənc qızı avtobus altında qalmaqdan xilas etdi - (Video)
-
Azərbaycanda pensiyalar 10,3 faiz artdı
-
Samuxda ağır qəza - Ölən və xəsarət alan var
-
Bakıda gənc rəssamın qətli ilə bağlı yeni detallar - (Foto)
-
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
-
Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
-
Mərdəkanda yataqxana binası yandı - (Video)
-
Əməkdar artist geyimlərini satışa çıxarır – Mağaza açacaq
-
"Qələbə" dairəsində yenilik - (Video)
-
Arda Güler Millətlər Liqasında bu göstəricidə lider oldu (Foto)
-
Ramiz Mehdiyev cəzasından narazıdır - Apellyasiya şikayəti verdi
-
"Kurtlar vadisi"nin məşhur aktyoru orqanlarını bağışladı - (Foto)
-
Gürcüstanda azərbaycanlı faciəvi şəkildə öldü
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Millətlər Liqasında pley-off mərhələsinin iştirakçıları bəlli oldu
-
Noyabrda yalnız 4 BÜRC daha çox sevgi alacaq
-
Pendirin kiflənməsinin qarşısını alan saxlama üsulu: Uzun müddət təzə qalır





