Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya mediası bu günlərdə "saxta milyonçu" ləqəbi ilə məşhurlaşan rusiyalı Anna Sorokinadən danışır.
Belə ki, Moskvanın yoxsul səmtlərindən birində kamaz sürücüsünün qızı olaraq 1991-ci ildə doğulan Anna Sorokina 2012-ci ildə bir moda firmasında praktika keçmək üçün Nyu-Yorka gedib. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alıb və özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıtmağa başlayıb.
Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan ən lüks otellərindən birinə yerləşib. Bu tarixdən etibarən, 10 ay ərzində milyoner kimi yaşayıb. Qaldığı oteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.

Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq oteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, otelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.
Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.
Onu ələ verən isə yaxın dostu olub. Beləliklə, Anna 2017-ci ildə həbs edilib. ABŞ mediası bildirib ki, Sorokina 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır.
Hekayəsi ilə dünya mediasının marağına səbəb olan Anna bir vəkillə müqavilə imzalayaraq, özünü müdafiə edərkən "Həyatımın filmində mənim obrazımı kimin oynayacağı düşünürəm" deyə, cümlələr işlədib.
Daha sonra məlum olub ki, Annanın vəkili onun həyatının ekranlaşdırılması üçün "Netflix" serial və film platforması isə anlaşıb.

Ötən günlərdə Annanın 15 il müddətinə həbs olunmasının tələb olunduğu məhkəmə iclası keçirilib. Vəkili "Anna gənclik xətası edib. Nyu-Yorkun imkanlarından hər kəs faydalanmaq istəyir. Frenk Sinatra da istəmişdi. Hamımızın içində bir az Anna var. Ancaq hər şey əldə edənədək imiş" deyə, söyləyib.
Lakin məhkəmə qərarına əsasən, Sorokina 4 il həbs cəzası alıb. Həbsdə olduğu müddət hesablanarsa, o, bir neçə il sonra azadlığa çıxacaq. Çıxandan sonra isə vətəndaşı olduğu Almaniyaya göndəriləcək.
Bütün bu proseslər zamanı digər maraqlı məqam isə Annanın vəkili tərəfindən gətirilən geyimləri bəyənməməsi olub. O, buna görə bir dəfə məhkəməyə çıxmayıb. Hakim Diana Kisel iclas zamanı "Məhkəmə ilə podiumu qarışdırırsınız" deyə, Sorokinaya deyib. Vəkili isə Annaya stilist tutmaq məcburiyyətində qalıb. Məhz, bundan sonra Anna bütün iclaslara dünyaca məşhur dizaynerlərin əl işi olan libaslarla ilə qatılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlon Mask yenidən trilyoner oldu
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
XƏBƏR LENTİ
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!





