Dünya

Fransada polislər maaş davasına çıxdılar: "göy jiletlilər" Makrona qarşı - FOTO

21 Dekabr 2018 10:53
0 Şərh     Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanı lərzəyə salan "sarı jiletlilər" aksiyalarından sonra indi də "göy jiletlilər"in etiraz piketləri və nümayişləri başlanır. Fransa polisinin üç əas həmkarlar təşkilatı olan "Unite SGP-Police-FO", "UNSA-Police" və "Alliance Police National" asayiş keşikçilərinin tətilini keçirir.

Milli.Az European-a istinadən bildirir ki, polislərə fövqəladə və təcili çağırışlar istisna olmaqla komissarlıqları tərk etməmək "təklif" olunub.

Paris, Marsel və Bordoda polislər artıq aksiyalara başlayıblar.

Parisdəki aeroportda isə polislərin aksiyası fərqli olub: onlar sərnişinlərin sənədlərini adi günlərdən fərqli olaraq, uzun-uzadı yoxlayaraq vaxtı uzadıblar.

Polislər maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını, ixtisarların dayandırılmasını tələ edirlər.

Bundan başqa, etiraz aksiyalarının yatırılmasına cəlb olunmuş polis əməkdaşlarına 300 avroluq mükafatın verilməsini asayiş keşikçiləri "ələ alma" adlandırıblar.

Bu gün səhər yayılan məlumatlara görə, polislər həmkarlar təşkilatlarının rəhbərlərinin daxili işlər naziri Kristof Kastaner ilə keçirdikləri görüşdə asayiş keşikçilərinin maaşlarının artırılması barədə razılıq əldə olunub.

"Müzakirələr nəticəsində əhəmiyyətli irəliləyişə nail olduq. İstədiyimiz hər şeyi aldıq", - "Unite-SGP Police-FO"nun baş katibi İv Löfövr deyib.

Əldə olunmuş razılaşmaya görə, hüquq-mühafizə orqanlarında yeni işə başlamış şəxslərin maaşları gələn ilin yanvarından etibarən orta hesabla 120, iş stajı çox olan polislərin maaşları isə 150 avro artırılacaq.

Yanvarın 1-də maaşlar artıq 40 avro yüksələcək.

Bundan başqa, iş vaxtından artıq çalışmağa görə polislərə veriləsi ödənişlərin yerinə yetirilməməsi nəticəsində yaranmış 275 milyon avroluq borcu da hökumət qapadacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.