“İnqilabların təcrübəsi Paşinyanın devriləcəyini göstərir” Tanınmış analitik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nikol Paşinyanın hazırda üzləşdiyi başlıca problem "məxməri" adlandırılan inqilabı uzunmüddətli mirasa çevirməkdir. Bu isə Paşinyanın diktator olmasını təmin edəcək".
Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu "Chatham House"un dosenti, "Qafqaz Araşdırmaları" analitik jurnalının həmtəsisçisi Lourens Broers "Euronews"a müsahibəsində Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.
"Paşinyan özünün şəxsi populyarlığından həzz alır və qarşısındakıların hamısını silib-süpürərək Paşinyanın ölkədə yeganə dominant fiqur olmaq təhlükəsi var".
Broersin fikrincə, Ermənistan uzun illərdir ki, bir sıra sahələrdə geniş miqyaslı islahatlara ehtiyac duyur, lakin bu islahatların tam effektivliyi üçün hesabatlılıq başlıca meyardır. Bu mənada, çətin ki Paşinyan Ermənistanda təkhakimiyyətliliyə nail olduqdan sonra parlamentdə hökumətin səhv qərarlarını mühakimə edəcək sağlam müxalifət formalaşsın: "Post-sovet ölkələrində tez-tez populyar üsyanlar yolu ilə hakimiyyətə gətirilən islahatçı liderlər daha sonra gücü öz əllərində mərkəzləşdirirlər və leqitimliklərini itirirlər. Paşinyan da inqilab yolu ilə baş nazir kimi hakimiyyətə gəldi. Amma parlament əvvəlki hakimiyyətin nəzarətində idi. Digər post-sovet ölkələrinin təcrübəsindən də görürük ki, inqilabdan sonra bütün hakimiyyəti ələ alan liderlər uzunmüddətli islahatlar və siyasi dəyişikliklərlə bağlı xalqı məyus ediblər. Paşinyan həm də gənc və təcrübəsiz elitləri hökumətə gətirib və şübhəsiz ki, onlar gələcəkdə səhvlər buraxacaqlar. Və məsələ də ondadır ki, hökumətin bu cür səhvlərinə görə Paşinyandan hansı siyasi qüvvələr hesab soraraq onu məsuliyyətə cəlb edə biləcəklər?"
Politoloq Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyinə də toxunub: "Ermənistan xalqı avtoritar və oliqarx rejimlərdən canını qurtarmaqda niyyətlidir, amma Rusiya ilə sıx müttəfiqlik əlaqələrini saxlamaqla buna necə nail olacaqları Ermənistan-Rusiya münasibətlərini ciddi sınağa çəkəcək. Lakin enerji və nəqliyyat kimi strateji sferalar da daxil olmaqla, iqtisadiyyatın başlıca sahələrində Ermənistan oliqarxlarının ruslarla əlaqələrinin pozulması Paşinyanın həmin oliqarxların yerli erməni müştəriləri, o cümlədən də Rusiya dövləti və kommersiya fiqurları ilə münaqişəyə girməsini qaçılmaz edəcək".
Bu mənada istisna olunmur ki, əsas müxalifətin parlamentə girişini blokladıqdan sonra vəd etdiyi iqtisadi-sosial islahatları yerinə yetirmədiyi halda Paşinyanın da digər məxməri inqilab liderlərinin aqibəti gözləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Keçmiş vəkilin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur
-
"Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanır və açılır"
-
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama
-
Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
XƏBƏR LENTİ
-
Ceff Bezos “Liverpul”un sahibi oldu
-
Keçmiş vəkilin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur
-
"Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanır və açılır"
-
55 yaşlı Xalq artisti gözəlliyi ilə göz oxşadı - (Video)
-
"28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir"
-
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama
-
Güclü külək, leysan, şimşək - Bazar gününün havası
-
Corcinanın nişan üzüyü yenidən gündəmdə - Qiyməti nə qədərdir? - (Foto)
-
“Amay”da öldürülən şirkət rəhbərinin FOTOları
-
“28 May”da vəziyyət necədir? - (Foto-Video)
-
Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı (Foto)
-
Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)
-
Şəhidin qardaşı vəfat etdi
-
Bakıda TIR aşdı - (Foto)
-
Almaxanımın həyat yoldaşı ilə səmimi anları - (Video)
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto)
-
Xaçmazda iki ata övladını bıçaqladı
-
Azərbaycanda benzin və dizel bahalaşır?
-
Məktəblər bu tarixdə başlayacaq
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Roza Zərgərli onun ifasını eşidib ağladı - (Video)
-
Evdən 21 yaşlı qızın meyiti tapıldı
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Bakıda mağazanın tavanı uçdu - Qadın yaralandı - (Video)





