Dünya

Qaraçılar dükandan belə oğurluq edirlər - VİDEO

27 Sentyabr 2011 17:16
0 Şərh     Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onlar zərgərlik dükanından 54 min funt-sterlinq məblətində oğurluq etməkdə ittiham olunublar.

Milli.Az xəbər portalı "The Daily Telegrarh"a istinadən bildirir ki, Rumıniyadan İngiltərəyə mühacirət etmiş qadınlar Leçester şəhərindəki "Sunny Jewellers" zərgərlik dükanına girərək oğurluq ediblər.

Dörd uşaq anası Saina Sava iki rəfiqəsi ilə dükana girib, amma orada videomüşahidə kameralarının olduğunu bilməyib.

38 yaşlı Sava rəfiqəsi, 28 yaşlı Sedra Nikuleskuya satıcının başını qatmağı tapşırıb, özü isə bu zaman sağ əlini piştaxtanın altına uzadıb və orada içində brilyant qaşlara bəzədilmiş üzüklərlə qolbağılar olan lövhəni çıxarıb.

Lövhəni dərhal geniş yubkasının böyük cibinə salan qaraçı qadın, heç nə olmayıbmış kimi satıcı ilə söhbətə davam edib.

Amma kamerada onların əməlləri çəkildiyindən qadınlar dükanı tərk edəndən az sonra tutulublar.

Sava və Nikuleskunun hər biri 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.