Dünya

Corc Buş vəfat etdi - FOTO

1 Dekabr 2018 09:15
5 Şərh     Baxış: 2 934
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, 1989-1993-cü illərdə ABŞ-ın prezidenti olan ata Corc Buş 94 yaşında dünyasını dəyişib.

"İkinci dünya müharibəsi dövrünün dəniz aviatoru, "Texas oil" təşəbbüsçüsü və 41-ci ABŞ prezidenti Corc Herbert Ualker Buş noyabrın 30-da, 2018-ci ildə dünyasını dəyişib. Qısa zamanda dəfn mərasimi ilə bağlı məlumat veriləcək", - onların ailə sözcüsü Cim Makqraf rəsmi tvitter səhifəsində qeyd edib.

Qeyd edək ki, o, xanımı Barbara Buşun vəfatından sonra, aprel ayında qanında infeksiya yayıldığına görə xəstəxanaya yatırılmışdı.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.