Dünya

Əsl kişiyə "miqalka" lazımdır?

20 İyul 2011 20:40
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rusiyanın Avtomobil Sahibləri Federasiyasının (ASF) üzvləri Moskvada sayrışan işıqlar ("miqalka") əleyhinə təkbaşına piket keçiriblər.

Milli.Az xəbər portalı "İnterfaks"a istinadən bildirir ki,  ASF-nin başçısı Sergey Kanayev milislərin bir-birini əvəz edən iki piketçini yaxalamaq istəklərini deyib.

Ancaq onun sözlərinə görə, bu, qanun keşikçilərinə müyəssər olmayıb. Kutuzov prospektindən keçən maşınlar dayanaraq siqnal verməyə başlayıb.

"Mən dedim ki, əgər tutsanız, maşınlar hamısı dayanacaq, hərəkət donacaq. Bizi də məhz sürücülərin bizi dəstəkləməsi səbəbilə həbs etmədilər", - deyə Kanayev bildirib.

Qeyd edək ki, Rusiyada təkbaşına piketləri yerli idarə orqanlarını xəbərdarlıq etmədən keçirməyə icazə verilir. 

Avtomobilçilər sayrışan işıqlar əleyhinə piketləri həftədə üç dəfə - çərşənbə axşamından cümə axşamınadək keçirirlər. Onlar "Sayrışan işıqlar - Rusiyanın biabırçılığıdır" və "Əsl kişiyə "miqalka" gərək deyil" plakatları ilə etirazlarını bildirirlər. Rusiya Federasiyasının qanununa görə, bu ölkədə sayrışan işığı olan avtomobillərin limiti cəmi 900-dür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.