Dünya

Basdırılan şəxs tabutun içindən Facebook-da canlı yayım etdi - VİDEO - FOTO

8 Avqust 2017 16:20
6 Şərh     Baxış: 6 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Stokholm yaxınlığındakı Södertelje bələdiyyəsinin son zamanlarda fenomeninə çevrilən Moşe Küçükkaya  tabut içində 2.5 ton torpağın altında iki gün qalıb, mobil telefonu ilə Facebook-dan canlı yayım layihəsini tamamlayıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, əvvəl də bir ay ərzində küçələrdə evsiz kimi yaşayıb köməyə möhtac insanlar üçün pul yığan Moşe Küçükkaya son layihəsi ilə bir tərəfdən yaşadığı klostrofobiya (qapalı məkan qorxusu) problemini həll etməyə çalışarkən, digər tərəfdən də toplanan pul ilə Söderteljedə tək yaşayan yaşlılar üçün parti təşkil etməyi qarşısına məqsəd qoyub.

Dünən basdırılmış olduğu tabutdan çıxarılan Küçükkaya iki gün ərzində oyaq qalaraq yalnız su içib.

Qazılaraq basdırıldığı tabutun içindən çıxarılandan sonra Moşe Küçükkaya "Növbəti dəfə tabuta girdikdə ölməyi üstün tutaram" deyib.

Küçükkaya basdırılmış olduğu müddət içində mobil telefonu ilə verilən sualları da cavablandırıb. 

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Basdırılan şəxs tabutun içindən Facebook-da canlı yayım etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.