Dünya

NATO baş katibi Almaniya və Türkiyəyə çağırış edib

16 İyul 2017 10:53
1 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO baş katibi Yens Stoltenberq rəsmi Ankaranın alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoymasından narahat olduğunu bildirib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Alyans sədri Yens Stoltenberqin Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşündən sonra NATO nümayəndəsi bildirib.

"Ümid edirik ki, Almaniya və Türkiyə, səfərin hər iki tərəf üçün münasib olan tarixini razılaşdıra biləcəklər", - deyə NATO nümayəndəsi bildirib.
 
NATO-nun narahatlığı Almaniya hərbi kontingentinin Konyadakı bazadan mümkün çıxarılmasından narahatdır.
 
Qeyd edək ki, keçən bazar  Almaniyanın 260 nəfərdən ibarət hərbi kontingentinin "İncirlik" bazasından çıxarılması prosesinə başlanılıb. Rəsmi Ankara isə alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoyub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.