Dünya

Alimlər insan bədənindən internet-kanal kimi istifadə etdi

16 Mart 2010 22:35
Baxış: 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər insan əli vasitəsilə məlumatları saniyədə 10 meqabit sürətilə ötürüblər.

Seul Universitetinin mütəxəssisləri eksperiment apararaq, insan əlinə bir-birindən 30 santimetr aralı elektrodları birləşdiriblər və bu üsulla məlumatın ötürülməsini təmin ediblər. Müəlliflər bildirirlər ki, bu üsul Bluetooth naqilsiz protokol üzrə məlumatların ötürülməsi ilə müqayisədə daha az enerji tələb edir. Çünki insan dərisindən keçən elektromaqnit siqnallar ətraf mühit ilə müqayisədə daha az boğulur.

Eksperimentin mahiyyəti insanların sözün əsl mənasında internetə qoşulması deyildir. Bu üsulla insanın səhhətinin parametrlərinə səmərəli nəzarət etmək, məsələn, qanda şəkərin miqdarını, ürəyin döyünməsini daha yaxşı aşkar etmək mümkündür.

/AzərTAc/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.