Dünya

Kubada təyyarə yoxa çıxdı: 8 nəfər həlak olub - YENİLƏNİB - VİDEİO - FOTO

30 Aprel 2017 00:33
0 Şərh     Baxış: 3 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:33

Milli.Az Ciber Cuba-ya istinadən bildirir ki, An-26 təyyarəsinin qəzaya uğradığını "Aerogaviota" şirkəti təsdiqləyib.

Təyyarənin qalıqları Las-Lomas-de-San-Kristobal bölgəsində aşkarlanıb.

Təyyarədə 8 hərbçi vardı.

00:21

Kubanın qərbindəki Pinar del Rio əyalətində radarlardan itən, qəzaya uğradığı güman edilən An-26 təyyarəsinin düşə biləcəyi ehtimal olunan bölgəyə xilasedicilər yollanıblar.

Milli.Az Granma-ya istinadən bildirir ki, təyyarədəki 39 nəfərin hamısının həlak olduğu guman edilir.

"AeroGaviota" dövlət aviaşirkətinə məxsus turbovintli təyyarə Barakoa şəhərindəki aeroportdan səmaya qalxmışdı.

Videonu izləmək üçün şəklə klikləyin:
Kubada təyyarə yoxa çıxdı: 39 nəfər həlak olub

29.04.2017

23:34

Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.

"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər", - deyə portal bildirib.

Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil.

23:01

Kubada An-26 sərnişin təyyarəsi radarlardan yoxa çıxıb.

Milli.Az NTN24-yə istinadən bildirir ki, "Aerogaviota" aviaşirkətinə məxsus təyyarə Kubanın şərqindəki Barakoa hava limanından səmaya qalxmışdı.
Təyyarədə 39 nəfər vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.