00:33
Milli.Az Ciber Cuba-ya istinadən bildirir ki, An-26 təyyarəsinin qəzaya uğradığını "Aerogaviota" şirkəti təsdiqləyib.
Təyyarənin qalıqları Las-Lomas-de-San-Kristobal bölgəsində aşkarlanıb.
Təyyarədə 8 hərbçi vardı.
00:21
Kubanın qərbindəki Pinar del Rio əyalətində radarlardan itən, qəzaya uğradığı güman edilən An-26 təyyarəsinin düşə biləcəyi ehtimal olunan bölgəyə xilasedicilər yollanıblar.
Milli.Az Granma-ya istinadən bildirir ki, təyyarədəki 39 nəfərin hamısının həlak olduğu guman edilir.
"AeroGaviota" dövlət aviaşirkətinə məxsus turbovintli təyyarə Barakoa şəhərindəki aeroportdan səmaya qalxmışdı.
Videonu izləmək üçün şəklə klikləyin:
29.04.2017
23:34
Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.
"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər", - deyə portal bildirib.
Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil.
23:01
Kubada An-26 sərnişin təyyarəsi radarlardan yoxa çıxıb.
Milli.Az NTN24-yə istinadən bildirir ki, "Aerogaviota" aviaşirkətinə məxsus təyyarə Kubanın şərqindəki Barakoa hava limanından səmaya qalxmışdı.
Təyyarədə 39 nəfər vardı.
Milli.Az