Azərbaycan "səma qatili"ni ala bilər - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən Rusiyanın "MiQ" korporasiyasının istehsalat kompleksində "4++" nəslinə aid MiQ-35 qırıcısının təqdimatı olub.
Milli.Az bildirir ki, MiQ-29 yüngül qırıcısının ən son modifikasiyası olan bu təyyarə zahirən MiQ-29K/KUB və MiQ-29M/M2 təyyarələrinə bənzəsə də, quyruqdakı və qatlanan qanadları yoxdur.
Təyyarə "Klimov" SC-də istehsal olunmuş RD-33MK mühərrikləri ilə təchiz olunub. Təqdimat mərasimində Rusiyanın Hava-Kosmik Qüvvələrinin baş komandanı V.Bondarev və Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin də iştirak edirdilər.
MiQ-35 təyyarəsinin ön şassisinin altında optik-elektron konteyner də var.

Luxovitsıdakı təqdimatdan sonra qonaqlar aerodroma aparılıblar və orada onlar MiQ-35 qırıcısının uçuşunu seyr ediblər.
Rusiya Hava-Kosmik Qüvvələrindəki (HKQ) bütün yüngül qırıcıların MiQ-35 ilə əvəzlənəcəyi bildirilib.
"MiQ" korporasiyasının baş direktoru İlya Tarasenkonun dediyinə görə, HKQ-yə ilk MiQ-35 qırıcıları 2018-ci ildə veriləcək.
MiQ-35 qırıcısı 3500 kilometrlik fəaliyyət radiusuna malikdir.
Ən müasir silahlarla və texnika ilə təchiz edilmiş MiQ-35 təyyarəsi eyni anda 30-dək hədəfi "müşayiət" edə bilir, 10 hədəfi eyni anda vurur. Üstəlik, bu təyyarə çox yüksək intensivliyə malik münaqişə arealında özünü "rahat" hiss edir.
Hazırlıqsız aerodromlardan da səmaya qalxa bilən qırıcının bütün idarəetmə sistemləri 4 ehtiyat variantına malik olduğundan həddən artıq etibarlı və keyfiyyətlidir.

Tam bir aviasiya kompleksi sayılan MiQ-35 dünyanın 50 ölkəsinin hərbi-hava qüvvvələrinə unifikasiya edilərək uyğunlaşdırılıb ki, bu da qırıcının satıcılıq və rəqabət qabiliyyətini xeyli artırıb.
Təyyarə iki variantdadır: bir yerlik MiQ-35 və iki yerlik Miq-35D.
MİQ-35 yüngül qırıcısı ən son göyərtə avadanlığı və perspektiv silahlarla təchiz olunduğundan çox geniş spektrdə tapşırıqları yerinə yetirə bilir. Həmin tapşırıqlar arasında havada üstünlüyün əldə olunması; rəqibin 4-cü və 5-ci nəsil qırıcılarına qarşı effektiv müqavimət; mövcud hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və məhv edilməsi; istənilən hava şəraitində düşmənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olmadan yerüstü və sudakı hədəflərin uzaqdan məhv edilməsi; optik-elektron və radiotexniki vasitələrdən yararlanmaqla hava kəşfiyyatının aparılması; avia qruplaşmasının idarəolunması məqsədli hava məntəqəsi-qərargahı funksiyasının yerinə yetirilməsi və s. var.
Qırıcı təyyarə mövcud "hava-hava" və "hava-yer" tipli raketlərlə yanaşı, düşmənin hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət zonasına daxil olmadan hədəfləri vurmağa imkan verən raketlərlə təchiz olunub.
2000-ci ildə hazırlanmağa başlanmış MiQ-35 yüngül qırıcısının ilk sınaqları 2007-ci ilin yanvarında keçirilib

MiQ-35 təyyarəsinin uçuş-texniki xüsusiyyətləri belədir:
Uzunluğu - 17,32 metr
Hündürlüyü - 4,73 metr
Qanadlarının uzunluğu - 12 metr
Yüklü vəziyyətdə çəkisi - 17500 kq, boş çəkisi - 11000 kq
Maksimal uçuş çəkisi - 23500 kq
Yer yaxınlığında maksimal sürəti - 1450 km/saat
Səmada maksimal sürəti - 2560 km/saat
Əlavə yanacaqdoldurma olmadan uçuş məsafəsi: 3100 km
Normal döyüş yükü ilə fəaliyyət radiusu - 1000 km

Ən başlıcası isə MiQ-35 yüngül qırıcısı ABŞ-ın "Lockheed Martin" korporasiyasının istehsala başladığı F-35 qırıcısından effektiv, sürətli və ucuzdur.
İlkin, baza variantda satış qiyməti 40 milyon dollar olan MİQ-35 qırıcısı ilə Latın Amerikası ölkələri, Hindistan, İndoneziya, Əlcəzair, Serbiya maraqlanırlar. Misir artıq bəyan edib ki, 50 belə qırıcı alacaq.
Potensial alıcılar arasında Azərbaycanın da yer aldığı vurğulanır.
"MiQ" korporasiyası ən son model yüngül qırıcı təyyarəsini Azərbaycana satmağa hazırdır və bununla bağlı artıq danışıqların da getdiyini vurğulayıb.
Orxan Hun
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kürəkənini öldürdürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO
-
"Şevket" dəyişib belə oldu - FOTO
-
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
-
Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb
-
Almaniya və Ukrayna birgə dron istehsal etməyi planlaşdırır
-
Tramp: "ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq"
XƏBƏR LENTİ
-
Kürəkənini öldürdürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO
-
Lökbatandakı yanğında xəsarət alan var? - RƏSMİ - FOTO - YENİLƏNİB
-
Bazarda rekord ARTIM - Neft bahalaşdı
-
Paytaxtda maşın piyadanı VURDU
-
Dünyanı narahat edən görüntülər - “Simpsonlar” yenə gündəmdə
-
Dollar yenə “dondu” - Bazarın diqqəti avroya yönəldi
-
İlk dəfə həkim xanımı ilə FOTOsu
-
"Çirkin"in aqibəti bəlli oldu
-
Gəlinə çəkisi qədər qızıl taxıldı
-
Daha bir ölkədə hantavirus aşkarlandı
-
10 ildir mübarizə apardığı xəstəliyə qalib gəldi
-
"Şevket" dəyişib belə oldu - FOTO
-
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
-
Dua Lipa “Samsung”u məhkəməyə verdi
-
Meyvələri belə qəbul edin
-
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
-
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
-
Günün qoroskopu: tələsməmək daha doğru olacaq
-
Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər
-
Dünya gözəli idi, Ebru Gündəşin "əkizi" oldu
-
İki hərbçimiz minaya düşdü
-
“Real” Mourinyoya görə bu qədər pul verəcək





