Dünya

Hamını heyrətə gətirən 24 FOTO

5 Oktyabr 2016 19:39
17 Şərh     Baxış: 51 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın böyük qüvvədir. Tarixən də, elə indi də kişi kimi mərd, cəsur qadınlara rast gəlmək olur. Elə qadınlar var ki, bacarığıyla dünyanı dəyişib, sübut edib ki, qəhrəmanlıq təkcə kişilərə məxsus olmur. Onlar zərif cinsin nümayəndələri sayılsa da, bəzən üzərilərinə düşəndən də artıq "yükü qaldırırlar".

Milli.Az publika.az-a istinadən tarixdə güc və cəsarət nümayəndələri kimi iz buraxan 24 qadından bəhs edəcək.

1. Müsəlman qadın yəhudi qonşusunu təqibdən qorumaq üçün hicabıyla onun yaxasındakı sarı ulduzu gizlədir (Sarayevo, Yuqoslaviya, 1941)

2. Mod Vaqner - ABŞ-da ilk məşhur tatu rəssamı (1907)

3. Şarla Takral - Hindistanda pilot lisenziyası alan ilk qadın (şəkildə 21 yaşı var, 1936)

4. Ketrin Svitser təşkilatçıların maneələrinə baxmayaraq, Boston marafonunda finişə çatan ilk qadındır (1967)

5. "Taliban" hərəkatından əvvəl Kabildə musiqi valları satılan mağazada alış-veriş edən əfqan qadın (1950)

6. Çimərlik geyimində poz verən Annet Kellerman bu hərəkətinə görə, ədəbsizlikdə ittiham edilərək həbs olunmuşdu (1907)

7. Qadın-samuray (1800)

8. Leona N.Kinq - Vaşinqtonda ilk yol tənzimləyici qadın (1918)

9. Valentina Tereşkova - kosmosa uçan ilk qadın

10. Anna Fişer - Kosmosa uçan ilk ana (1980)

11. Binanın damında qadınların boks döyüşü, Los-Anceles (1933)

12. Məhbusluqdan xilas olan İsveç qadını neonasisti çantasıyla döyür (1985)

13. İspaniyada Vətəndaş müharibəsi dövründə Barselonanı qoruyan Marina Xinesta (1936)

14. "Qızıl ordu"nun qadın elitası - "Gecə cadugərləri". Gecə vaxtı almanların düşərgə və bazalarına basqın edirdilər.

15. Ellen O`Nil - ilk skeytbordçu xanımlardan biri (1976)

16. Pilot Ameliya Erhart öz təyyarəsiylə Atlantik okeanını keçəndən sonra (1928)

17. Marqaret Burk-Uayt, fotoqraf, məşhur Kraysler binasında (1934)

18. Quraqlıq dövründə noxud yığan 7 uşaq anası (1936)

19. Holland qadın sovet ordusu tərəfindən əsir götürülən ərini buraxmır və onunla birlikdə həbs düşərgəsinə yollanır (1944)

20. "Qırmızı xaç" cəmiyyətinin tibb bacısı ölümcül yaralanan əsgərin son sözlərini yazır (1917)

21. Torontoda iki qadın ilk dəfə ayaqlarını çöldə qoyur (1937)

22. Əfqan xanımları tibbi öyrənir (1962)

23. Kaliforniyada "Lockheed P-38 Lightning" təyyarəsini yığan zavod işçisi (1944)

24. Nikita Klestrup (solda) - Danimarkada "Gənc mühafizəkarlar" siyasi təşkilatının yerli şöbəsinin rəhbəri

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.