Dünya

Özbəkistanda Azərbaycan Gəncləri Günləri başlayır

25 Aprel 2011 14:10
Baxış: 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, səfər artıq 10 yaşını qeyd edən Özbəkistanın tanınmış "Kamolot" İctimai Hərəkatı Şurasının dəvətinə əsasən gerçəkləşir. Azərbaycan Gəncləri Günləri çərçivəsində bir sıra tədbirlərin, eləcə də yaradıcı gənclərin iştirakı ilə konsert proqramının, gənc rəssamların əsərlərindən ibarət sərgi və moda nümayişinin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 21 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
 
Azərbaycan Gəncləri Günləri aprelin 28-dək davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.