Dünya

"Gülən uşaqları döyür, falaqqaya yatırırdı" - Ən yaxın adamından ŞOK İDDİALAR

6 Avqust 2016 12:53
1 Şərh     Baxış: 2 463
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir zamanlar Fətullah Gülənin "sağ qolu" kimi tanınan, daha sonra ondan ayrılan və Gülən camaatı əleyhində şok açıqlamalarla çıxış edən Nurəddin Verən ötən gecə "CNN Türk"də qatıldığı verilişdə inanılmaz iddialar səsləndirib.  

Milli.Az lent.az-a istinadən bildirir ki, N.Verən Gülənin səhhəti ilə bağlı bir neçə dərman qəbul etdiyini və bu dərmanların bədəndən atılmasının aylar çəkdiyini deyib. Onun sözlərinə görə, Gülənin istifadə etdiyi dərmanlar çox təhlükəlidir: "Gülənin kimlərinsə beynini yuyarkən, başqaları da onun beynini yuyub".

N.Verənin şok açıqlaması isə Gülənin uşaqlarla davranışı ilə bağlı olub. O bildirib ki, Gülənlə işlədiyi dövrdə onun uşaqları döydüyünü və qəzəbləndiyi şəxsləri falaqqaya yatırtdığını görüb: "Mən bütün bunları gözlərimlə görmüşəm, hamısına şahidəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.