Dünya

Türkiyədə sabiq millət vəkili öldürüldü - FOTO

23 Aprel 2011 11:40
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə Ana Vətən Partiyasından (ANAP) sabiq millət vəkili Mehmet Gedik silahlı hücum nəticəsində öldürülüb. Milli.Az xəbər portalı "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə Bursa vilayəti Mudanya rayonundakı restoranlardan birində sabiq deputat dostları ilə birlikdə futbola baxarkən baş verib. Mehmet Gediklə qonşu masada oturan şəxs arasında naməlum səbəbdən mübahisə olub. Mübahisənin böyüməsi nəticəsidə Mehmet Gedik güllələnib. Cinayəti törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, 1953-cü ildə Trabzon vilayətinin Çaykara rayonunda dünyaya gələn Mehmet Gedik 8-ci prezident mərhum Turqut Özalın qurduğu ANAP-dan 1987-1995-ci illərdə 18 və 19-cu çağırış millət vəkili olub.

Milli.Az



























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.