Dünya

BMT Liviyada humanitar böhranın yarandığını deyir

20 Aprel 2011 08:20
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, BMT rəsmisi Liviyada əhalinin humanitar problemlərinin həll olunması üçün atəşkəsin elan edilməsinin vacibliyini qeyd edib.

Üsyançıların nəzarətində olan Benqazi şəhərində çıxış edən Baronessa Amosun təbirincə, Liviya höküməti vəd verib ki, BMT-yə Liviyada humanitar mövcudluğunu bərqərar etməyə icazə veriləcək.

O, bildirib ki, Misrata şəhərində 1000-lə insanın tibbi yardıma ehtiyacı var.

Liviyanın Misrata şəhərində humanitar böhran dərinləşməkdədir.

BMT-də yüksək rütbəli təmsilçilər səviyyəsində görüşlər keçirilib.

Bu görüşlərin məqsədi mühasirədə qalmış Misrata şəhərinə humanitar yardımın artırılması yollarını aramaqdan və xarici işçilərə ölkəni tərk etməyə imkan yaratmaqdan ibarətdir.

Misratanın düşdüyü vəziyyət NATO əməliyyatı ilə bağlı qeyri müəyyənliklərə bir daha nəzər salmağa məcbur edir.

Qərbin hava reydləri nəticəsində kampaniyanın əvvəlində Liviya hökümət qüvvələrinin Benqazi şəhərinə hücumunu dayandırmaq mümkün oldu.

Bu nəticə iştrakçı dövlətlər tərəfindən alqışlanmışdı. Tez bir zamanda əldə olunan müvəffəqiyyət müdaxilə etmək qərarına bir növ bəraət qazandırırdı.

Lakin hazırda, 4 həftə keçdikdən sonra, Misrata şəhəri NATO yanaşmasının qeyri adekvat olduğunu sübut edir.

Misrata şəhərində 300 minə yaxın əhali yaşayır. Bu şəhər münaqişənin əvvəlindən mühasirə olunmuş vəziyyətdədir.

Hava reydləri polkovnik Qəzzafi qoşunlarını şəhərin kənarında saxlamağa imkan verdi.

Lakin onlar şəhərə sıza bildilər. Öz zirehli texnikalarını binalar arasında yerləşdirdilər. Nəticədə bu cür hədəfləri havadan mülki əhaliyə zərər gətirmədən vurmaq xeyli çətinləşdi.

NATO təyyarələri, eləcə də Liviya hökümətinə məxsus gəmiləri də sıradan çıxartdı ki, dənizdən şəhərlə əlaqə yaratmaq mümükün olsun.

Lakin müəyyən mənada, münaqişənin birinci mərhələsi artıq bitib. NATO hərbi aviasiyası Liviyanın şərqində pat vəziyyətinin yaranmasına səbəb olub. Lakin üsyançı qüvvələrin tələblərə uyğun gəlməməsi onların hökümət qüvvələrinə üstün gələ bilməmələrinin əsas səbəblərindəndir.

Misrata şəhərinin mühasirəsini təkcə hava hücumları ilə qırmaq mümükün deyil. NATO ölkələri liderləri, güman edildiyinə görə, quru qoşunlardan istifadə edilməsinə icazə vermək həvəsində deyillər.
Onlar, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 1973 nömrəli qətnaməsinin şərtlərini də gözləməlidirlər.

Səylərin əsas yükü üsyançı qüvvələrin təlim məşqinə və NATO ölkələrinin hava əməliyyatlarının effektivliyinin təmin edilməsinə yönəldilə bilər.

Misal üçün Qətər ödənişlər etməyə həvəsli olduğunu nümyiş etdirib. Lakin peşəkarlığın kimin tərəfidən təmin ediləcəyi sualı hələlik açıq olaraq qalıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.