Dünya

Rusiya XİN başçısı istefaya göndəriləcək?

14 Aprel 2011 15:12
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, bu iddia ilə "Arqumentı nedeli" qəzeti çıxış edib. Qəzetin yazdığına görə, dövlət başçısı yaxın vaxtlarda Lavrovu istefaya göndərmək haqda düşünür. "Prezidentin xarici işlər nazirindən narazılığı yeni məsələ deyil. Amma Afrika və Yaxın Şərq ölkələrində baş verən son hadisələrlə bağlı Lavrovun açıqlamaları Medvedevi daha da qəzəbləndirib", - deyə məlumatda bildirilir. Qəzetin iddiasına görə, sözügedən məsələlərlə bağlı nazirin prezidentin mövqeyinə zidd fikirlər səsləndirməsi onun yaxın vaxtlarda vəzifəsini itirməsilə nəticələnəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.