Dünya

Alimlər "super insan" yaradır - Tarixi kəşf

9 İyun 2016 17:46
3 Şərh     Baxış: 2 058

Elm adamları tarixi kəşfin astanasındadır.

Milli.Az atv.az-a istinadən bildirir ki, alimlər sintetik insan genini hazırlayır.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir araya gələn 150 alim, bu barədə gizli toplantı keçirib. Toplantının bəzi detalları xarici mənbələrdə yayımlanıb. Məlumata görə, alimlər yarım əsrdən çoxdur ki "İnsan geni layihəsi" çərçivəsində  araşdırmalarını davam etdirir. Və nəhayət, onlar nəticə əldə etməyə çox yaxınlaşıb.

Bildirilir ki, alimlər insan DNK-sını əmələ gətirən əsas elementləri dəyişdirərək sintetik yeni gen əldə etmək niyyətindədir. Yeni genlər labaratoriya şəraitində təkrar DNK-ya əlavə ediləcək. Əldə olunan yeni DNK kodlarının embrionlara yerləşdirilməsi nəticəsində isə alimlərin ifadə etdiyi kimi  "super insan" yaratmaq mümkün olacaq. Dünyaya gələcək yeni insanlar digərlərindən gücünə, zəkasına, bacarığına, görünüşünə və digər xüsusiyyətlərinə görə xeyli üstün olacaq.

Artıq layihəyə bəzi qurumlar da dəstək verir. Bunun üçün 100 milyon dollar vəsait toplanıb. Layihə uğurla başa çatarsa, 20 ildən sonra biz cəmiyyətdə "super insan"lara rast gələ biləcəyik. Bildirilir ki, "super insan"ların yaradılması olduqca çox vəsait tələb edəcək. Yəni hər ailə övladının "super insan" olmasını reallaşdıra bilməyəcək.

Bəzi alimlər isə  "super insan"ın yaradılmasına qarşı çıxır. Onların sözlərinə görə, yeni formalı insanların dünyaya gəlməsi cəmiyyətdə təbəqələşmə yaradacaq. Üstəlik, bu yeni xəstəliklərə də yol aça bilər. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    iza · 9 İyun 2016 18:4500

    Yene de maddi amil boyuk rol oynayacaq.Eger bu layihe reallasacaqsa,"uduzan" kasiblar olacaq.

    Cavab yaz
  • Anonim
    Biq · 9 İyun 2016 19:2200

    Yaradan tek bir varliq var! .. Oda Allahdi! .. Alimide yaradan Allahdi!..

    Cavab yaz
  • Anonim
    ESİ:) · 9 İyun 2016 20:1700

    Bu yeni keşf deyil:)Neçe illerdi ümmalı çalışmalar bunun üzerinde aparılır:)Bu mövzuya aid filmler,seriallar çekilir..Hedef insanlarda bu haqda tesevvür yaratmaqdı..Üstün insan yaratma planının temeli"tekamül nezeriyyesi"tesdiqini tapandan atılıb..Her cehetden üstün,duyğu cehetden robotlaşmış insan yaratmaqla,insan irqini azalmaqla dünyanı sürükledikleri felaketler dehşet doğurur:(((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.