Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hacı Müəmmər və oğulları: milyardları başından aşan ailə
10 Aprel 2011 11:48
Baxış: 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Modern.Az-a istinadən bildirir ki, Müəmmər Qəzzafi bu gün dünyanın siyasi gündəmində olan bir siyasi fiqura çevrilib. Bütün dünyanın devriməyə çalışdığı bu qəribə baxışları və isterik sifəti olan bədəvi özünün inadı və tərsliyi ilə hamını təəcübləndirə bilib.
Liviya rəhbəri Müəmmər Qəzzafi özünün siyasi fəaliyyəti ilə nə qədər tanınırsa da, onu şəxsi həyatı o qədər qapalıdır. Bu bədəvi siyasətçinin həyat tərzi və ailəsi barədə məlumatlar etibarlı şəkildə qorunur. Amma bəzi məluamtları "qazıb" çıxarmaq olur.
Onun əsl adı Müəmmər ben Muhəmməd Əbu Menyar Abdel Salam ben Həmid-əl Qəzzafidir. Müəmmər 1942-ci ilin yazında Liviyanın Sirt şəhərinin 30 kilometrliyində olan çadırda dünyaya gəlib. Əl-kəddafə tayfasından olan atası köçəri həyat sürüb. Dəvə və qoyun sürülərini otarırımış. Anası və üç bacısı ev işləri ilə məşul olublar.
Onun uşaqlığı və yeniytməliyi müstəmləkə sisteminin dağıldığı 50-60-cı illərə düşüb. Afrika qitəsində gurultu ilə dağılan bu sistemin altından çıxan yeni müstəqil dövlətlər həmin illərin geopolitik maraqları olan iri ölkələr tərəfindən "ovlanmağa" başlayırdı. SSRİ və ABŞ-ın rəqabəti ilə müəyyən olunan ikiqütblü dünya özünün ideoloji tezislərini bu qitəyə də gətirib çıxarmışdı.
Qəzzafi müsahibələrinin birində uşaqlığı və ilk gəncliyini xatırlayarkın etiraf edib ki, o müstəmləkə sisteminin bütün əzablarını hiss edib. O zaman üçün populyar olan "sosial ədalət" şüarı gənc Müəmmər üçün də cazibədar olub. Sol ideologiyaya və "qırmızı" ideyalara meyllilik bəlkə də ondan irəli gəlib.
Qəzzafinin birinci arvadı Liviya kralı 1 İdrisin ordusunda qərargah rəisi olan general Xalidinin qızı Fatimə olub. Orta məktəb müəlliməsi olan Fatimə ilə çox yaşamayıb. Qəzzafi çevriliş edib kralı devirəndən sonra dərhal həyat yoldaşından da ayrılıb. Bu nigahdan isə bir oğlu -Muhəmməd dünyaya gəlib.
Qəzzafi ilə təmasda olanlar deyirlər ki, o, evdə övladlarına qarşı çox sərtdir. Məsələn, qızı Ayişənin uzun-uzadı xahişlərindən sonra ona fortopianoda ifa etməyə icazə versə də, onun üçün bu aləti almayıb. Liviya lideri qapalı həyat tərzi keçirir. O kofe, çay, spirtli işkilər içmir. Siqaret çəkmir. Çox az yeyir. Amma diktator gözəl geyinmək həvəskarıdır. Ən çox da milli geyimləri.. Hərbi mündirlərə qarşı isə hədsiz sevgisi var.
Bir müsəlman kimi dini inancında möhkəm olan Qəzzafi Allaha inanır, müsəlman qaydalarına əməl edir. O, Quranı əzbər bilir. Müəmmər Məkkəni də ziyarət edib və Hacı titulunu alıb. Rəhbəri olduğu Liviyada gündə beş dəfə azan verilir. Ölkədə qumar oyunları qadağan edilib, teatrlar yoxdur. Kinoteatrlarda isə əsasən hind melodramaları göstərilir.
Onun yaxın adamları deyir ki, Qəzzafi çətin həmsöhbətdir. Bu ekzotik lider həmçinin sözünün kəsilməsini xoşlamır və uzun-uzadı danışmağı sevir. Bütün məşhur zatlar kimi Qəzzafinin də hobbisi var: cins atlar və ov eləmək... Qəzzafi rok ulduzu kimi ekstravaqantdır. Səfər zamanı onu hərbi səhra geyimində bakirə qızlardan ibarət mühafizə xidməti qoruyur.
Qadınlara qarşı xüsusi münasibətilə seçilən Liviya lideri deyir ki, müsəlman aləmində qızlar ərə gedənə qədər bakirə qalmalıdır, "qadın ərə gedəndən sonra ev işlərinə baxmalı, uşaq böyütməlidir" deyə o, bildirir.
Altı oğlu və bir qızı...
Qəzzafinin uşaqları Liviyanın bütün həyati əhəmiyyətli sahələrində önəmli postlar tuturlar.
Birinci həyat yoldaşından olan Muhəməd hazırda Liviyanın mobil rabitə sahəsinə rəhbərlik edir.
Şahidlər deyir ki, Liviyada iğtişaşlar başlayan kimi Muhəmməd bütün liviyalıların mobil telefonlarına kifayət qədər kontur yüklətdirib. Deyirmiş ki, bununla o ölkə sakinlərinin bir-biri baş verən hadisələr barədə danışmasına şərait yaradıb.
Liviya liderinin iknici arvadının adı Safiya Farkaşdır. Diktatorun bu qadınla nigahından 7 uşağı var: 6 oğlu, bir qızı..
Ailənin böyük oğlu 38 yaşlı Səif-əl-İslam London İqtisad Məktəbinin yetirməsidir. İngilis dilində əla danışır. İqtisad elmləri namizədidir. Düzdür, hadisələr başlayandan sonra oxuduğu Məktəbdə Saifin guya kimdəncs köçürərək elmi işi müdafiə etməsi ilə bağlı hay-küy qalxdı. Məktəb hətta buna görə üzr istədi. (Amma Saifin bu məktəbə ianə kimi köçürdüyü 2 milyon dolları qaytarmadı).
Saifə Qərbdə, həmçinin bu ərəb ölkəsində liberallaşma hərəkatını lideri kimi baxırdılar. Hər halda qiyama qədər onun adı Liviya cəmiyyətinə liberal dəyərlər aşılaya biləcək şəxs kimi çəkilirdi. İndi onu "bəşəriyyətin düşməni" elan ediblər.
İknci oğlu Saadi tanınmış futbolçu və kinoprodüsserdir. Bunlardan başqa onun barəsində heç bir məlumat bəlli deyil. Saadi adı ilə bağlı yalnız bir əhvalat danışılır. Liviya milli komandasına baş məşqçi gətirilmiş Franko Skolo Saadini komandadan xaric edib. Buna görə də baş məşqçi işini itirib. Onu geriyə evinə yola salıblar. Skoloya başa salıblar ki, buna necə cürət edib. Beş milyon funt müqabilində Saadiyə bir neçə ay dünya şöhrətli Maradona dərs keçib.
Qəzzafinin digər oğlu Hannibal Liviyada neft ixracı ilə məşğul olan dövlət şirkətində işləyib. Pleyboy həyat tərzi ilə tanınan Hannibal saldığı gurultulu qalmaqallarla sarı mətbuatın sevimli siması olub. 2005-ci ildə onu gəzdiyi hamilə qadını döyməkdə ititham ediblər. 2008-ci ildə isə Cenevrədə qulluqçunu döydüyunə görə həbs edilib.
Qardaşlardan Saif-el-Arab heç bir rəsmi post tutmur. Özəl biznesi ilə bağlı da məlumat yoxdur. O daha çox bahalı avtomobillərə olan həvəsi ilə tanınır. Tez-tez bahalı "Ferrarisi" ilə sakit Avropa küçələrində görünməyi xoşlayır.
Qəzzafinin digər iki oğlu hərbçidir. Hamis Liviya xüsusi təyinatlı dəstələrinə rəhbərlik edir. Qeyd edək ki, o, Rusiyanın hərbi akademiyalarının birində təhsil alıb.
Polkovnik-leytenant olan oğlu Mütəssim isə Liviya ordusunun zabitidir. O, Milli təhlükəsizlik məsələləri üzrə atasının müşaviridir. Mütəssim haqqında o qədər də yaxşı olmayan söz-söhbət gəzir. Deyilənlərə görə, bir dəfə atasına qarşı üsyan təşkil etmək istəyib. Bunun üstü açılıb. Amma Qəzzafi nədənsə, oğlunu əhv edib.
Liviya liderinin yeganə qızı olan Ayişə Qəzzafi isə BMT-nin xoşməramlı səfiridir.
O, həmçinin İraq diktatoru Səddam Hüseyni müdafiə edən vəkillər qrupunun üzvü olub.
Bunlardan başqa, Qəzzafinin bir götürülmə qızı da olub. 1986-cı ildə ABŞ Liviyanı bombalayanda balaca qız həlak olub.
Varı başından aşan ailə
Qəzzafi ailəsi dünyanın zəngin ailələrindən sayılır. Onların əsas biznes maraqları ölkənin sərvəti olan neft və qaz sənayesinə qoyulan investisiyalardan ibarətdir.
Ailəyə məxsusu "Lybian Investment authority" (LIA) və "Lybian arab foreign investment company "(Lafic) adlı fondlarının kapital fondu 70 milyard dollar təşkil edir.
2005-ci ildə Seyf-əl İslamın başçılıq etdiyi One-Nine Petroleum şirkəti də dövlət investisiyalarına nəzarət edir.
Qəzzafinin digər oğulları Mutəssim, Hamis və Hannibal neft ixracından öz paylarını götürüblər. Qəzzafinin qızı Ayişə isə ölkənin tikinti şirkətlərinə nəzarət edir. Onun həmçinin Liviyada plastik cərahiyyə ilə məşğul olan klinikasında da maliyyə maraqları var.
Hazırda Vaşinqtonun qərarı ilə Qərbdə Qəzzafi ailəsinin hesabına sanksiya qoyulub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
XƏBƏR LENTİ
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu