Dünya

Yanukoviç yenə biabır oldu

2 Mart 2010 12:12
Baxış: 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Novıy region" xəbər verir ki, o, növbəti belə halla Brüsselə səfəri çərçivəsində "Euronews" telekanalına müsahibəsi zamanı üzləşib. Yanukoviç Kosovonu Serbiya və Çernoqoriya, Cənubi Osetiyanı isə Şimali Osetiya ilə səhv salıb.

Jurnalistin Ukraynanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb-tanımayacağına dair sualına prezident belə cavab verib: "Mən vaxtilə bildirmişəm ki, ikili standartlara qarşıyıq. Məsələn Serbiya ...daha doğrusu, Çernoqoriyanın müstəqilliyi məsələsində ...Kosovonun müstəqilliyinin tanınmasında".

"Hələ o zaman aydın idi ki, dondurulmuş münaqişələrin olduğu bölgələrdə vəziyyət daha da gərginləşə bilər. Bunun növbəti nümunəsini Şimali Osetiyada gördük", - deyə Ukrayna prezidenti əslində Cənubi Osetiyanı nəzərdə tutaraq bildirib.

Məlumata görə, müsahibə başa çatdıqdan sonra Yanukoviçi müşayiət edən şəxslər telekanal əməkdaşlarından yanlışlığın olduğu yerlərin montaj edilməsini istəyib.

Xatırladaq ki, bu, Yanukoviçin üzləşdiyi ilk belə hal deyil. Vaxtilə o, bir dəfə də Kosovo əvəzinə Çernoqoriya deyib. Ölkəsindəki seçki ərəfəsində isə Yanukoviç Anton Çexovu "dahi Ukrayna yazıçısı" adlandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.