Suriya türkmənləri kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ərəb mənbələrinin məlumatına görə, türkmənlər Suriya, İraq və İranda 11-ci əsrdən məskunlaşmış türkdilli xalqdır.
Onlar əsas etibarilə şimalda, Suriyanın Türkiyə ilə həmsərhəd Latakiya əyalətinin Türkmən dağları deyilən hissəsində, habelə Hələb, İdlib, Homs, Tartus və Dəməşq regionlarında kompakt şəkildə yaşayırlar.
Milli.Az BBC-yə istinadən bildirir ki, onların sayı barədə dəqiq məlumat olmasa da, 1,5 - 3,5 milyon nəfər olduqları təxmin edilir.
Suriyada Əsəd rejimi ərzində türkmənlərə öz dillərində qəzet-jurnal dərc etmək və yazmaq qadağan edilmişdi. Hökumət onları və başqa etnik qrupları milli azlıqlar kimi tanımırdı, əvəzində vahid ərəb xalqı siyasətini qabardırdı.
Bəşər Əsədin qatı düşməni olan Türkiyə tərəfindən dəstəklənən türkmənlər 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan az sonra rejimə qarşı silaha sarılıblar.
Suriya türkmən partiyaları habelə, Qərb və Körfəz ölkələri tərəfindən dəstəklənən müxalif Milli Koalisiyaya bağlı Suriya Türkmən Məclisində birləşib.

Türkmənlər Türkiyə tərəfindən təlimləndirilən çoxsaylı qiyam qrupları yaradıblar. Bura həmçinin 2012-ci ildə yaradılmış Suriya Türkmən Briqadaları daxildir.
Onların hərbi strukturu qeyri-nizamidir və türkmənlər şimali Suriyada bir neçə birləşməyə malikdirlər.
Onların Latakiya əyalətindəki Cəbal ət-Türkman Briqadası 2013-cü ildə yaradılıb və 12 silahlı birləşmədən ibarətdir.
Türkmənlərin İkinci Sahil Diviziyası 2015-ci ildə yaradılıb və Qərb tərəfindən dəstəklənən Azad Suriya Ordusu ilə sıx bağlıdır.
Xəbərlərdə deyilir ki, briqadalar Şimali Latakiyanın kənd yerlərində müxalifətin SAO, əl-Qaedaya bağlı Nüsra Cəbhəsi və Əhrar əş-Şəm islamçı qruplaşmaları ilə birlikdə işləyirlər.
Bu ərazi briqadalar və Rusiya tərəfindən hava zərbələri ilə dəstəklənən Suriya ordusu, İran qüvvələri və Livanın Hizbullah qruplaşması arasında döyüş meydanı olub.
Onların əsas rəqibləri Suriya ordusu və İslam Dövləti (İD) adlanan silahlı qrupdur.
Daha bir birləşmə - kürdyönlü Sultan Selim Briqadası qrupu əsasən Kobani şəhəri yaxınlığında yaşayan türkmənlərdən təşkil edilib.
Bu birləşmənin döyüşçüləri uzun müddət kürdlərin rəhbərliyi altında, qısaca YPG kimi tanınan Xalq Müdafiə Birləşmələrinə tərəfdar olmuş və oktyabrın 10-da kürdlərin rəhbərliyi altında ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri müxalifət koalsiyasına qoşulmuşlar.
Kürdyönlü türkmən döyüşçülər əvvəllər YPG-nin başçılığı altında İD-ə qarşı döyüşüblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
Tramp Tokio səmasında
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı olub (Foto)
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi





