Dünya

Dünyanın ən yaxşı araqları hansılardır? - SİYAHI-FOTO

24 Fevral 2011 17:41
Baxış: 18 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, dünyanın ən yaxşı araqlarının yeni reytinq siyahısı hazırlanıb.

Həmin siyahının liderlərini təqdim edirik.

1. "Chambord". Fransada istehsal edilən bu araq böyürtkən və çiçəklərdən hazırlanır.

2. "O2 Sparkling Premium Vodka". Məşhur somelye Filipp Maytlandın resepti ilə hazırlanmış qazlı araqdır.

3. "Arkhi". Monqolustanda istehsal edilən, keçi südündən hazırlanan bu arağı "Çingiz xanın qəhrəmanı" da adlandırırlar.

4. "Chase". İngiltərədə istehsal edilən və kartofdan hazırlanan bu araq Hartfordşirdəki fermada buraxılır.

5. "Vlavod". Qara rəngli bu arağı 1996-cı ildə məşhur britaniyalı mütəxəssis Mark Dorman hazırlayıb. Arağa Cənubi Asiya və Afrikada bitən "katehu" adlı akasiya şirəsi qatılır.

6. DİVA. Tam adı "Diamond Vodka" olan bu araq hazırlanarkən spirt əvvəlcə ağcaqayın kömürü, sonra da almaz, brilyant və yaqut tozundan süzdürülür. Üstəlik, hər DİVA şüşəsinin içində daxilinə qiymətli daşlar yerləşdirilmiş şüşə boru var.

7. "42 Below". Yeni Zelandiyanın "Pacific Dawn Limited" şirkətinin istehsalı olan bu araq feyxoa, marakuya, kivi, çay ağacı və bal ətirlidir.

8. "Iceberg". Kanadada buraxılan bu araqda Nyufaundlend adası sahilindəki ayberqlərin suyundan istifadə edilidiyi üçün, dünyanın ən "təmiz" arağı sayılır.

9. "Cîroc". Fransanın Qalliya bölgəsində buraxılan bu araq üzümdən hazırlanır.

10. "Pincer Shanghai Strength". Şotlandiyada buraxılan bu araq dünyanın ən "tünd" spirtli içkisi sayılır. Bu araqda spirtin miqdarı 88,8 faizdir.

11. V2. Dünyanın "ən enerjili" arağı sayılan və Hollandiyada hazırlanan bu içkinin tərkibində spirtlə yanaşı, energetiklər də var. Daha doğrusu, arağa kofein və taurin qatılır.

Tural
Milli.Az

























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.