Türk polisi əlində uşaq olan ananı vurub.
Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə Türkiyənin cənub-şərqində Cizrə bölgəsində baş verib. Bu ərazi kürdlərlə sərhəddə yerləşdiyindən, burada insanlara çölə çıxmaq qadağan olunub. Ona görə də polis gördüyü ilk adama atəş açır. Bu açılan atəş bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnib.
Təhlükəsizlik orqanlarından verilən məlumata əsasən, ölən ana və yaralanan isə onun qollarında qalan körpəsi olub.
Hadisə barədə ilk məlumatı Demokratik Partiyanın deputatı Sibel Yiqitalp öz şəxsi "Twitter" səhifəsində paylaşıb. Yaralı uşağın şəkillərini də səhifəsində yerləşdirən deputat, ananın öldüyünü, uşağın isə ağır yaralandığını ürək ağrısı ilə qeyd edib.
Nəzərə çatdıraq ki, hazırda Cizrə əyalətinin qubernatoru vətəndaşlara küçəyə çixmağı qadağan edib. Bundan başqa da, polislərə gördüyü istənilən nöqtəni vurmağı əmr olunub. Rəsmi məlumatlara görə, indiyənədək artıq 10 vətəndaş həlak olub.
Milli.Az