Donbassda sülhün pozulması təhlükəsi yaranıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, separatçılar Donbassın bəzi ərazilərinin işğal olunmuş ərazilər kimi tanınması, eləcə də həmin ərazilərin statusuna dair Ukrayna Ali Radası tərəfindən qəbul olunan qanunları biabırçı adlandırıblar. Onlar bildiriblər ki, həmin sənədlər ləğv edilməsə, Kiyevlə kompromisə gəlmək mümkün olmayacaq.Minsk-2 razılaşmalarından sonra Ukraynanın Donbass bölgəsində yaranmış kövrək sülhün pozulması təhlükəsi yaranıb
Separatçı rejimlərin başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski tərəfindən verilən birgə bəyanatda deyilir: "Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası bəyan edirlər ki, Poroşenko və Ali Rada tərəfindən qəbul olunan rüsvayçı qərarlar ləğv olunana qədər Kiyevlə hər hansı kompromis mümkün deyil. Donbassa xüsusi status verməkdən imtina etməklə Kiyev Minsk sülhünü tapdalayıb və situasiyanı dalana salıb. Biz vaxtilə hər hansı entuziazm olmadan Donbassın yenilənmiş Ukrayna tərkibində xüsusi statusuna razı olmuşduq, baxmayaraq ki, xalqımız tam müstəqillik istəyir. Biz qardaş qanı axmasın deyə buna getdik. Lakin Ukrayna dəyişmədi".
Xatırladaq ki, martın 17-də Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan və xüsusi yerli idarəetmə qaydasının tətbiq olunacağı rayon, şəhər və kəndlərinin siyahısını təsdiqləyib. Lakin bu ərazilərin xüsusi statusuna dair qanunun qüvvəyə minməsi həmin ərazilərdə Ukrayna qanunları əsasında seçkilərin keçirilməsinə qədər təxirə salınıb. Qanuna edilən düzəlişlərə əsasən həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilər yalnız bütün qanunsuz hərbi birləşmələrin, muzdluların və hərbi texnikanın Ukrayna ərazisindən çıxarılması, qanunsuz hərbi birləşmələr tərəfindən seçki prosesinə müdaxilə edilməməsi, yerli KİV-də seçkilərin bütün iştirakçılarına bərabər səviyyədə imkanların yaradılması, prosesin ATƏT tərəfindən müşahidə olunması şəraitində mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)





