Dünya

Putin jurnalistə: "Siz deyəsən içibsiniz"

18 Dekabr 2014 17:30
0 Şərh     Baxış: 1 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında maraqlı olay yaşanıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Kirov şəhərindən olan jurnalist sual verərkən nədənsə dili topuq çalıb. Bu zaman Putin onun sözünü kəsərək: "Siz deyəsən içibsiniz", - deyib.

Kirov vilayətində fəaliyyət göstərən "Reportyor" informasiya-analitik qəzetinin direktoru İrina Aleksandrova bununla bağlı deyib ki, həmin jurnalist insult keçirdiyinə görə onun danışığında problem yaranıb.

"O sual veribsə, deməli, bu sual rəhbərlik tərəfindən razılaşdırılıb. Əslində o, sərxoş deyildi. İki dəfə insult keçirib və bir dəfə də beyni ciddi zədələnib. Onun danışığında problem var", - deyə qəzet direktoru əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.