Dünya

Neftin qiymətinin düşməsi Türkiyə üçün şansdır?

18 Dekabr 2014 14:03
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada neftin qiymətlərinin aşağı düşməsi Türkiyəyə sərf edir. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə əsasən, neftin qiymətlərinin azalmasının davam etməsi Türkiyəyə ölkə iqtisadiyyatının artması üçün şans yaradır.

Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə bildirib ki, ölkəsi neftin qiymətlərinin düşməsindən hər il 32,6 milyon dollar qazanır. Onun sözlərinə görə, əgər neftin qiymətləri hazırkı səviyyədə qalarsa, Türkiyə hər il məzənnə fərqinə görə 11,9 milyard dollar qazana bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.