Dünya

Məryəm Üzərlinin yeni sevgilisi - FOTO

18 Dekabr 2014 11:20
1 Şərh     Baxış: 3 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hürrəm Sultan görün hansı aktyorla qol-boyun göründü

Uzun fasilədən sonra Türkiyəyə qayıdan almaniyalı aktrisa yeni sevgi yaşamağa başlayıb.

Anspress-in məlumatına görə, "Muhteşem yüzyıl"ın Hürrəm Sultanı kimi məşhurlaşan Məryəm Üzərli öz həmkarı ilə birlikdədir.

Məryəm Üzərli və Ozan Güvənin serial eşqi həqiqi sevgiyə çevrilib.

Cütlüyün münasibəti ötən gün ortaya çıxıb. Belə ki, Üzərli və Güvən Cem Yılmazın qonağı olublar. Qonaqlıqdan çıxanda qarşılarında kameraları görən aktyorlar bir-birini qucaqlayaraq uzaqlaşıblar.

Onlar "Nə qədər vaxtdır birlikdəsiniz?" sualını cavabsız qoyublar. Sevgililər Ozan Güvənin evinə giriblər.

Xatırladaq ki, M.Üzərlinin bir qızı var. Ötən il doğulan Lara adlı körpənin atası da türkiyəli iş adamıdır. Aktrisa hamiləliyini öyrənəndən sonra heç kimə xəbər vermədən Türkiyədən getmişdi. Bir necə gün öncə isə o, yeni serialın çəkilişləri ilə əlaqədar Almaniyadan geri qayıdıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.