Dünya

132 uşağı onlar öldürdülər - FOTO

18 Dekabr 2014 11:13
0 Şərh     Baxış: 2 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pakistandakı "Taliban" hərəkatı ölkənin Pişəvər şəhərində yerləşən hərbi məktəbə hücum edən üzvlərindən 6 nəfərin fotolarını yayıb.

Məktəbdə 142 nəfər həlak olub ki, onların 132-si şagirdlərdi.
 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Pişəvərdəki məktəbə terror hücumu etməzdən əvvəl çəkilən fotodakı taliblərin arxasında "Allahu-əkbər!" yazılmış bayraq var.
 

Digər fotoda isə "Taliban"ın mətbuat katibi Məhəmməd Xorasani məktəbə hücum edəcək taliblərin arasından seçilmiş "canlı bomba"larla yanaşı durub. "Canlı bomba"ların hamısı hərbi formadadır. Bu minvalla onlar məktəbin mühafizəçilərini aldadıblar və özlərini Pakistan hərbçiləri kimi qələmə veriblər.
 

Məhəmməd Xorasani bildirib ki, məktəbə hücum əmrini "Taliban"ın komandanı Hüseyn Fəzlullah verib.
 

"Pakistanın hakimiyyət dairələrinin yürütdüyü siyasət cavabsız qalmayacaq. O məktəbdə şagirdlərin ölümlərinə yas tutanlar niyə Pakistan ordusunun qətlə yetirdiyi günahsız analara, uşaqlara, qocalara matəm saxlamırlar?! "Taliban" bəyan edir ki, Pişəvərdəki məktəbdəki hadisə qisasımızın ilk mərhələsidir. Vətəndaşlardan xahiş edirik ki, hərbi obyektlərdən kənar olsunlar. Hər hərbi obyekt hədəfimizdə olacaq", - Məhəmməd Xorasani bəyanatında bildirib.
 

Taliblərin "Mövlana" dedikləri Hüseyn Fəzlullah maniakal şəxs sayılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.