Dünya

"Hizbullah" kürd terrorçuları hədəfə aldı

13 Oktyabr 2014 11:39
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın şimalındakı Kobani şəhərini ələ keçirməyə çalışan İŞİD-ə qarşı Türkiyənin mübarizə aparmasını, bu şəhərə türk qoşunlarının yeridilməsini, habelə Türkiyədəki kürdlərin İŞİD-ə qarşı vuruşmaq üçün Kobaniyə buraxılmasını tələb edənlərin iğtişaşları davam edir.
 

Türkiyədəki artıq 40-a yaxın insanın ölümü və yüzlərlə insanın yaralanmasına səbəb olan iğtişaşlar səngimək bilmir.
 

Milli.Az DHA-ya istinadən bildirir ki, etirazların təşkilatçıları kürdlərin PKK terrorçu təşkilatı ilə yanaşı, BDP və HDP partiyalarıdır.
 

PKK tərəfdarları olan kürdlər eyni zamanda, islamçı soydaşlarına da hücumlar edirlər. Hədəflər arasında "Hür Dava" Partiyası ("Hüda-Par") xüsusi yer tutur.
 

PKK tərəfdarları Hüda-Parın ofislərini yandırır, üzvlərini vururlar.

Bu durum "Hizbullah"ı sinirləndirib.
 

"Hizbullah" dünən xüsusi bəyanat yayaraq bildirib: "Türkiyədə yaşanan qanlı olayların arxasında PKK durur. Lakin terrorçular bilməlidirlər ki, müsəlman qardaşlarımıza olan hücumlara indiyədək həmişə cavab vermişik və bundan sonra da cavabımız ağır olacaq. Daha doğrusu, bundan sonra hər hücuma dəfələrlə artıq, dəfələrlə sərt cavab verəcəyik. PKK ilə tərəfdarları "İŞİD-i dəstəkləyənlər" kimi qələmə verdikləri insanlara hücum edirlər. Bu həyasız, yalan iftiraların cavabı veriləcək. PKK müsəlmanlara savaş açıb və bu savaşda da cavabını alacaq".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.