Dünya

"Eşşəkarısı" şəhərləri viran qoyur - FOTO

13 Oktyabr 2014 11:03
0 Şərh     Baxış: 2 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanı və Çini "Vonfon" tayfunu vurub. Yaponiyada iki gün əvvəl cənubdakı Okinava adasında dağıntılara səbəb olmuş tayfun sürətlə şimala, paytaxt Tokioya doğru hərəkət edir.

Milli.Az Yomiuri-yə istinadən bildirir ki, çox güclü küləklər, yağışlar və qasırğadan dolayı Yaponiyanın cənubunda sərnişin aviasiyasının uçuşları dayandırılıb.
 

Okinava prefekturasında 35 nəfər yaralanıb. Yüz minlərlə yapon evlərini tərk etmək məcburiyyətində qalıb.

Yaponiyadakı "Kyushu Electric Power Co. Inc" şirkətindən verilən məlumata görə, Okinava adasında 54 min ailə işıqsız qalıb.
 

Bu gün səhər saatlarında "Vonfon" Küsü adasına çatıb. Küsüdə sərnişin aviasiyası və qatarların hərəkətləri dayandırılıb.

Yaponiya Metereologiya Xidmətindən verilən məlumata görə, mərkəzindəki "göz"ün diametri təqribən 50 km təşkil edən "Vonfon" tayfununun sürəti 175 km/saata çatır.
 

Çinin kanton ləhcəsində adının tərcüməsi "Eşşəkarısı" olan "Vonfon" bir neçə saat sonra Honsyu adasının cənub-qərb hissəsinə, sabah isə Tokioya çatacaq.
 

Küsü adasında çox güclü külək əsir, leysan yağışları yağır.
 

"Vonfon" bu mövsüm Sakit Okeanda yaranmış 19-cu tropik qasırğadır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.