Dünya

İlin ən böyük kokain partiyası tutuldu

27 Avqust 2014 12:27
1 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peru polisi 3 tondan çox kokain ələ keçirib

Peru polisi ümumi çəkisi 3,5 ton olan, bu ilin ən böyük kokain partiyasını ələ keçirib.

Anspress-in məlumatına görə, kokain Belçika və İspaniyaya yola düşən kömür yüklü gəmidə gizlədilmişdi. Hazırda gəmi ölkənin şimalında olan Truxilyo şəhərinin limanındadır.

Xüsusi əməliyyat zamanı polis 2 Peru vətəndaşını və 5 meksikalını həbs edib. Polislər ehtimal edirlər ki, kokainin daşınmasına meksikalı narkokartellərdən biri rəhbərlik edib.

Qeyd edək ki, 2012-ci ildən Peru kokain istehsalı həcminə görə Kolumbiyanı ötərək dünyada birinci yerdə olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.